GeoSolver Azərbaycanda fəaliyyət göstərən, CİS (coğrafi informasiya sistemləri), veb/xəritə tətbiqləri və süni intellektlə məkan analitikası üzrə ixtisaslaşmış komandadır.
Bizim məqsədimiz məkan məlumatlarını etibarlı arxitektura və ağıllı modellərlə real biznes dəyərinə çevirməkdir.
Məqsədimiz, istər açıq mənbə (open-source), istərsə də Esri məhsulları əsasında güclü CİS serverləri və keyfiyyətli məkan verilənləri yaratmaqdır. Bu strukturlaşdırılmış verilənlər üzərində etibarlı, istifadəsi rahat və yüksək performanslı CİS tətbiqləri hazırlayırıq.
Həmçinin GeoAI-ni müxtəlif sahələrdə tətbiq edərək ağıllı həllər qurur və CİS ekosistemini irəli aparırıq.
Bulud və DevOps praktikaları ilə Docker/Kubernetes, CI/CD və müşahidə alətlərini quraraq həlllərin dayanıqlı və miqyaslana bilən işləməsini təmin edirik.
Komandalar üçün praktiki təlimlər və konsaltinq təqdim edir, SLA ilə dəstəyi layihənin istismar dövründə də davam etdiririk.
GeoSolver Azərbaycan və Cənubi Qafqazda, eləcə də uzaqdan əməkdaşlıq modeli ilə beynəlxalq layihələrdə etibarlı tərəfdaş olmağı hədəfləyir.